
Qazaxıstanda elektron siqaretlərin istifadəsi qadağan olunacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Yerulan Camaubayev jurnalistlərə açıqlamasında bildirib:
“Elektron siqaretdən istifadənin fəsadları hələ tam araşdırılmayıb. Əgər uşaqlarımız bundan istifadə edirsə, bu, təhlükəli məsələdir. Ona görə də bunların istifadəsinin artmasının qarşısını almaq üçün onu tamamilə qadağan edəcəyik”.
Eyni zamanda Camaubayev elektron siqareti qadağan edən qanun layihəsinin hazırlandığını deyib.
Qeyd edək ki, ölkədə xüsusilə gənclər arasında elektron siqaretdən istifadənin artdığı elektron siqaret ticarəti 300 dəfə artıb.
Tərcümə
Şəbnəm
Gununsesi.info