
Ukrayna lideri Volodimir Zelenskinin məsləhətçisi Mixayıl Podolyak Ukrayna savaşı ilə bağlı yeni açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, davam edən döyüşün düşmən torpaqlarına daşınacağını söyləyən Ukrayna yetkilisi daxili savaşdan bəhs edib.
“Moskva sürətlə tam təşəkküllü bir savaşa öyrəşməkdədir. Bu da yaxında “müharibənin yazarlarının” torpaqlarına daşınacaq. Rusiyada yaşanacaq hər şey obyektiv bir tarixsəl prosesdir. Daha çox naməlim PUA-lar, daha çox çöküş, daha çox daxili toqquşma və daha çox savaş”.
Xatırladaq ki, son dönəmlərdə Moskva iki dəfə Pilotsuz Uçan Aparatların hədəfi olub. Hücumlar zamanı 3 Ukraynaya aid PUA binalara zərər vurub. Onlardan bir neçəsi Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Tərcümə: Arzu