
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) fövqəladə toplantı keçirəcək.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyindən açıqlama veirlib.
Nazirliyin sözcüsü Nasir Kənani İran və İraqın təklifi ilə İslam Əməkdaşlıq Təşkilatının İsveç və Danimarkada “Quran” kitabına yönəlik həqarətlər səbəbi ilə bazar ertəsi toplantı keçirəcəyini söyləyib.
Kənani açıqlamasında İranın XİN başçısı Hüseyn Əmir Abdullahiyanın mövzu ilə bağlı İƏT-ə üzv ölkələrin XİN başçıları ilə görüşdüyünü bildirərək təşkilata üzv dövlətlərə toplantının olacağının çatdırıldığını bildirib.
Rəsmi toplantı vitrual olaraq keçiriləcək.
Tərcümə: Arzu