
İsrail kəşfiyyatının zabitlərindən 60 nəfəri Baş nazir Benyamin Netanyahuya etiraz olaraq istefa ediblər.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, gizli xidmət işçiləri bu qərarlarını çəkişməli məhkəmə düzəlişlərinə etiraz olaraq könüllü aldıqlarını bildiriblər.
Bu barədə “Jerusalem Post” nəşri yazır.
İsraildə günlərdir ki, davam edən etirazlar zamanı ordudan, polislərdən və QHT işçilərindən çoxlu sayda adam bu qərara etiraz edib, bir çoxları isə meydandakı etirazçılara qatılıblar.
Ölkə çapında 30 həftədir ki, davam edən etirazlar hökumətin məhkəmə üzərindəki təsir yetkilərini artırmağı planlaşdırır.
Qərarın Parlamentdən keçməsindən sonra İsraildə etirazlar daha da şiddətlənib.
Tərcümə: Arzu