Bayden Netanyahuya çağırış etdi – Çəkişməli məhkəmə islahatını dayandırın

  • By arzu
  • 24 İyul 2023 16:36

Amerika Prezidenti Co Bayden İsrailin Baş naziri Binyamin Netanyahuya çağırış edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Co Bayden İsrailin Baş nazirindən çəkişməli məhkəmə islahatı qərarının dayandırılmasını istəyib.

Bayden “axios” saytına verdiyi özəl açıqlamada məhkəmə düzəlişləri qanunu və olacaq nəticələri ilə bağlı “narahatlığını” dilə gətirərək İsrail hökumətini Knessetdə keçiriləcək səsverməni ləğv etməyə səsləyib.

Bayden Netanyahu hökumətinin İsraili götürdüyü yanlış istiqamətlə bağlı bir çox Amerika vətəndaşının da narahatlıqla narahatlıqla qarşıladığını dilə gətirib.

 

Tərcümə: Arzu

Gununsesi.info