
Cümə günü Bişkekdə MDB Dövlət Başçıları Şurasının növbəti iclası öz işinə başlayır.
Gununsesi.info bildirir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev məlumat verib.
Onun sözlərinə görə, sammit zamanı MDB ölkələrinin liderləri dar və geniş tərkibdə danışıqlar aparacaq, bir sıra birgə sənədlərin qəbulu gözlənilir.
Sultanbayev qeyd edib ki, MDB Dövlət Duması Şurasının iclası respublika və regional televiziya kanalları, eləcə də sosial şəbəkələrdəki səhifələr vasitəsilə canlı yayımlanacaq.
Səid
Gununsesi.info