İsrailin hücumları nəticəsində Qəzzada 5500 bina dağılıb

İsrailin oktyabrın 7-dən mühasirədə olan Qəzza zolağına hücumları nəticəsində 5500 bina, o cümlədən 14200 yaşayış binası tamamilə dağıdılıb.

Gununsesi.info bildirir ki, bu barədə HƏMAS-la əlaqəli hökumətin mətbuat xidmətinin rəhbəri Selame Maruf məlumat verib.

Onun sözlərinə görə, 62 ictimai bina və 133 370 yaşayış binasına qismən ziyan dəyib. Maruf qeyd edib ki, bundan başqa 10 127 bina yaşayış üçün yararsız vəziyyətdədir.

Bundan başqa, İsrailin hücumları nəticəsində 160 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 19-u sıradan çıxıb, mətbuat xidməti bildirir.