
Ədliyyə nazirinin müavini Eldar Nuriyevin iki oğlu eyni gündə yüksək vəzifədən azad olunublar.
Bu barədə Gununsesi.info-ya özəl mənbələrdən daxil olan məlumatda bildirilib.
Eldar Nuriyev
Məlumata görə, nazir müavinin Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq idarəsinin rəisi vəzifəsində işləyən oğlu Orxan Nuriyev və İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi vəzifəsində işləyən digər oğlu Cavanşir Nuriyev tutduqları vəzifədən azad olunublar.
Cavanşir Nuriyev
Nazir müavinin hər iki oğlunu çalışdıqları qurumda daha aşağı vəzifəyə təyinat aldıqları bildirilir.
Qeyd edək ki, Eldar Nuriyev uzun illər Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri, Baş prokurorun müavini vəzifələrində işləyib.
Gununsesi.info