Livandan atılan raket nəticəsində 4 İsrail əsgəri yaralandı

Livandan atılan tank əleyhinə raket zərbələri nəticəsində İsrail ordusunun 4 əsgəri yüngül xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Livan tərəfdən İsrailin sərhəd bölgəsinə tank əleyhinə raket zərbəsi endirilib.

Hücum zamanı dörd İsrail əsgəri yüngül yaralanıb.

İsrail ordusu raket hücumlarının həyata keçirildiyi əraziyə cavab artilleriya zərbəsi endirib.

Livandakı “Hizbullah” qruplaşması İsrail ərazilərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

“Hizbullah” verdiyi açıqlamada Əl-Rahib bölgəsində “Merkava” zərər çəkdiyini qeyd edib. “Hizbullah” hücum zamanı tankdakı İsrail əsgərlərinin öldüyünü və yaralandığını iddia edir.

Səid Əhmədli
Gununsesi.info