
Litvanın Rusiyaya mismar, düymə, tikiş və toxuculuq iynələrinin ixracını qadağan etməklə “Rusiyanın sənaye potensialını məhv etmək” planları yalnız Çin istehsalçılarını əyləndirə bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb.
Rusiyalı diplomat “EUobserver” nəşrində Litvanın Avropa İttifaqının 12-ci anti-Rusiya sanksiyaları paketinin bir hissəsi olaraq düymələrin, tikiş iynələrinin və toxuculuq iynələrinin Rusiyaya ixracına qadağa tətbiq etməyi təklif etdiyi barədə dərci belə şərh edib.
Zaxarova yazır ki, Litvanın “Rusiyanın sənaye imkanlarını məhv etmək” planlarını öyrənsələr, “Çinli toxuculuq iynələri və düymələri istehsalçıları arasında hansı isteriya başlayacağını təsəvvür etmək qorxuncdur”.
Bundan əvvəl məlum olub ki, Avropa Komissiyası (AK) tezliklə bir sıra Aİ ölkələri ilə mümkün 12-ci anti-Rusiya sanksiyalar paketinin təfərrüatları ilə bağlı məsləhətləşmələrə başlayacaq. Bu paketə Rusiya brilyantlarının alınmasına qadağa da daxil ola bilər.