45 illik həyat yoldaşından boşandı

Məşhur amerikalı aktrisa Meril Strip 1978-ci ildən evli olduğu həyat yoldaşı, heykəltəraş Don Qammerdən boşanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Page Six” yayıb.

Amerikalı cütlüyün 6 ildən çoxdur ki, ayrıldıqları məlum olub.

M.Strip və D.Qammerin sonuncu dəfə birlikdə 2018-ci ildə görüntüləndiyi vurğulanıb.

Qeyd edək ki, 74 yaşlı ulduz aktrisa 3 dəfə “Oskar” mükafatına layiq görülüb. O, daha çox “İblis Pradadan geyinir”, “Mamma Mia!”, “Lemoni Sniket: 33 uğursuzluq” filmləri ilə məşhurdur.

 

 

Gununsesi.info