
İsveç hakimiyyəti terror təşkilatlarını dəstəkləyənləri deportasiya edə bilər.
Gununsesi.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsveçin miqrasiya naziri Mariya Malmer bildirib.
O, həmin terror təşkilatları sırasında HƏMAS-ın da olduğunu qeyd edib.
“Əgər insanlar terrorun gətirdiyi ölümü dəstəkləmək qərarına gəlsələr, onların İsveçdə qalıb-qalmaması haqqında düşünmək lazımdır”, – deyə Malmer qeyd edib.
Gununsesi.info