
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən sərhədlərin açılması məsələsi tamamilə rəsmi İrəvanın atacağı addımlardan asılıdır.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyasındakı mənbə RİA Novosti-yə bildirib.
“Bizim (Türkiyə və Ermənistan – red.) münasibətlərimizin normallaşmasına, görüşlərin hansı proses çərçivəsində baş verdiyinə gəlincə, İrəvanın konstruktiv, səmimi və sülhyönümlü yanaşmasını gördükdən sonra növbəti addımlar barədə danışmaq mümkün olacaq. Anlamaq lazımdır ki, bölgədə yeni vəziyyət yaranıb, əməkdaşlıq üçün geniş imkanlar var. Əgər belə bir yanaşma olarsa, düşünürəm ki, sərhəd məsələsinə qədər bu prosesdə konkret irəliləyiş görəcəyik”, – deyə agentliyin həmsöhbəti bildirib.
Səid Əhmədli
Gununsesi.info