İsrail və HƏMAS arasında məhbus mübadiləsi danışıqları

İsrail və HƏMAS arasında diplomatik kanallar vasitəsilə məhbus mübadiləsi üçün danışıqlar davam edir.

Gununsesi.info bildirir ki, İsrail Baş Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Fransanın paytaxtı Parisdə keçirilən toplantıda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bill Burns, İsrail Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Mossad David Barnea iştirak edib. Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani və Misirin kəşfiyyat direktoru Abbas Kamil iştirak edib.

Məlumatda danışıqların “konstruktiv” olduğu bildirilib və əlavə edilib ki, “Tərəflər arasında mühüm fikir ayrılıqları bu həftə keçiriləcək əlavə görüşlərdə müzakirə olunacaq”.

İsrailin dövlət televiziyası KAN bildirib ki, “hərbi əməliyyatlarda iki aylıq fasilə müqabilində məhbusların əksəriyyətinin azad edilməsi” ilə bağlı danışıqlar davam edir.

Qeyd olunub ki, Həmas daimi atəşkəs və İsrail qüvvələrinin Qəzzadan çıxarılması şərtini irəli sürüb.

İsrail ordusunun məlumatına görə, Qəzza zolağında hələ də 136 israilli məhbus var.

Gununsesi.info