İstanbulda kilsəyə hücumla bağlı 50-yə yaxın şəxs saxlanılıb

İstanbulun Sarıyer bölgəsindəki “Santa Maria” kilsəsinə bir nəfərin ölümü ilə nəticələnən silahlı hücumu təşkil edən iki şəxs yaxalanıb.

Gununsesi.info bildirir ki, Türkiyənin daxili İşlər naziri Ali Yerlikaya gecə saatlarında baş verən hücumla bağlı mətbuata açıqlama verib.

Yerlikaya hücumdan sonra 30-dan çox ünvanda həyata keçirilən əməliyyatda 47 nəfərin nəzarətə alındığını bildirib.

“Polis qüvvələrimiz gün ərzində 30 müxtəlif ünvana reyd keçirib və indiyədək 47 nəfər saxlanılıb. Nəhayət, saat 22:00-da qeyd olunan ünvanda keçirilən reyddə hər iki qətl şübhəlisi yaxalanıb. Bildirmək istərdim ki, şübhəlilərin hər ikisi xarici ölkə vətəndaşıdır. Biri Tacikistandan, digəri Rusiyadan olan bu iki əcnəbi vətəndaşın İŞİD üzvü olduğunu hesab edirik”, – deyə nazir bildirib.

 

Gununsesi.info