Donetskdə bazara hücum nəticəsində ölənlərin sayı 25-ə çatıb -YENİLƏNİB

  • By ilhame
  • 21 Yanvar 2024 17:01

Ukrayna Silahlı Qüvvələrinin Donetskdə bazarı atəşə tutması zamanı həlak olan vətəndaşların sayı 25-ə çatıb. Ən azı 20 nəfər yaralanıb.

 

Gununsesi.info xəbər verir ki, bunu Donetski separatçılarının lideri Denis Puşilin Telegram kanalında bildirib.

“Hazırda 25 nəfərin ölümü ilə bağlı məlumat təsdiqlənib. Ən azı 20 nəfər xəsarət alıb, onlardan iki uşağın vəziyyəti orta ağırdır. Zərərçəkənlərin hamısına lazımi tibbi yardım göstərilir. Onların arasında ağır yaralananlar var”, – məlumatda deyilir.

Gununsesi.info