İran ABŞ bazasına pilotsuz təyyarələrin hücumunda iştirakını inkar edir

“İranın İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz uçan aparatların zərbəsi ilə heç bir əlaqəsi yoxdur”.

Gununsesi.info xəbər verir ki, bu barədə İRNA xəbər agentliyinə İranın BMT-dəki daimi nümayəndəsi bildirib.

Diplomat qeyd edib ki, o, belə bir bəyanatla Vaşinqton administrasiyasının Tehrana qarşı ittihamları ilə bağlı çıxış edib.

Yanvarın 28-də ABŞ Mərkəzi Komandanlığı iranpərəst qrupların pilotsuz təyyarələrin hücumu nəticəsində 3 amerikalı əsgərin ölüb, 34 əsgər isə yaralanıb. Pentaqon rəhbəri Lloyd Austin İranın dəstəklədiyi silahlı qruplaşmalara “doğru zamanda, lazımi yerdə” cavab verəcəyini vəd edib.

“Al Hadath” telekanalının verdiyi məlumata görə, hücum T-22 obyektinə edilib, onun yanında sərhədin möhkəmləndirilməsində İordaniyaya kömək edən amerikalı hərbçilərin düşərgəsi var.

Məlumata görə, hazırda ət-Tanf ərazisindəki bazada quraşdırılan zenit hava hücumundan müdafiə sistemlərinin pilotsuz təyyarələrin hücumunun qarşısını ala bilməməsinin səbəbini araşdırırlar.

Gununsesi.info