Azərbaycanda vəzifəli şəxs göldə boğuldu – FOTO

İmişlidə yol istismar idarəsinin müdiri göldə həyatını itirib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, İmişli şəhər sakini, 1994-ci il təvəllüdlü Astanov Elşad Şükür oğlu göldə qayığın aşması nəticəsində boğulub.

Qeyd edək ki, E.Astanov İmişli yol istismar idarəsinin müdiridi.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info