Gürcüstanda erməni diasporunun aksiyası baş tutmayıb

  • By ilhame
  • 28 Yanvar 2024 15:44

Gürcüstandakı erməni diasporunun Qarabağda özünü buraxmış qondarma quruma dəstək aksiyası baş tutmayıb.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə yerli mətbuat xəbər verir.

 

Təşkilatçıların Avropa İttifaqının Tbilisidəki nümayəndəliyinin qarşısında aksiya çağırışına yerli erməni icması reaksiya verməyib.

 

Nəticədə nümayəndəliyin qarşısına yalnız təşkilatçılar toplanıblar. 10-15 nəfərlik aksiyaçı separatçı şüarlar səsləndirdikdən sonra ərazini tərk edib.

 

Aksiya zamanı hər hansı insident qeydə alınmayıb.

Gununsesi.info