İsrail Tehranın cavab zərbəsinə şübhə etməsin

İsrail İranın HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ləğvinə cavab verə bilməyəcəyinə ümid etməməlidir, Tehran bu vəhşiliyə reaksiya verəcək.

Gununsesi.info xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Əli Abdullahi deyib:  “Sionist rejim İranın bu vəhşiliyə reaksiya verməyəcəyinə şübhə etməsin”.

Abdullahinin sözlərinə görə, İran İsrailin addımlarına cavab vermək üçün “bütün imkanlarından” istifadə etmək əzmini artıq sübut edib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, İran hakimiyyəti hər hansı bir düşmənçiliyə cəlb olunmaq istəmir, lakin onları təxribata çəkməyə çalışır.

 

 

Gununsesi.info