Ukraynda qışda işıqlar 20 saatlıq kəsilə bilər

Ukraynada payız-qış dövründə optimist ssenariyə görə, elektrik enerjisinin sutkada 12 saata, bədbin ssenariyə görə isə 20 saata qədər kəsilməsi mümkündür.

Gununsesi.info xəbər verir ki, bu barədə Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Enerji Strategiyaları İnstitutunun eksperti Yuri Korolçuk hadisələrin gedişindən asılı olaraq payız-qış dövründə enerji sektorunda vəziyyətin inkişafının bir neçə mümkün ssenarisini nəzərdən keçirir.

Optimist ssenari 8-9 atom enerji blokunun stabil işləyəcəyini, qışın isə mülayim, şiddətli şaxtasız keçəcəyini nəzərdə tutur. Bu halda, zədələnmiş gücün 6 QVt-dan təxminən 3 GVt-ni (3000 meqavat) bərpa etmək mümkündür ki, bu da gündə 12 saata qədər işıqların kəsilməsinə səbəb olacaq.

Pessimist ssenari 6-7 atom enerji blokunun istismarı və soyuq qış zamanı cəmi 2000 meqavat gücün bərpasını nəzərdə tutur. Belə olan halda enerji sistemi böhranla üzləşə bilər.

Ən pis halda, Rusiya Ukraynanın enerji sektoruna hücumu davam etdirərsə, vətəndaşlar gündə 20 saata qədər işıqsız və istiliksiz qalmalı olacaqlar.

Ali Radanın Energetika Komitəsinin üzvü Sergey Naqornyakın proqnozuna görə, qışda -10°C temperaturda ukraynalılar yəqin ki, sutkada cəmi 12-14 saat elektrik enerjisi əldə edə biləcək, qalan 10 saat isə elektrik enerjisi ilə təmin olunacaq.

Mərkəz həmçinin vurğulayıb ki, Qərbin yardımına böyük ümidlər bəslənir.

Ukrayna nümayəndə heyəti ABŞ-a rəsmi səfəri zamanı Amerika hökumət rəsmiləri və biznes strukturları ilə Ukrayna enerji sisteminin sürətli bərpası və modernləşdirilməsi strategiyası ilə bağlı razılığa gəlib.

Xüsusilə, ABŞ enerji təhlükəsizliyini gücləndirmək üçün Ukraynaya 800 milyon dollarlıq yardım paketi ayırıb.

 

 

Gununsesi.info