Əliyevlə Putinin müzakirəsində mənə aid olan məsələ…

  • By Günel
  • 05 Sentyabr 2024 10:39

Prezidentlərin (İlham Əliyev və Vladimir Putin – red.) apardığı müzakirələrdə mənə də aid olan bir məsələ var idi. Hər iki prezident Sankt-Peterburq Universiteti bazasında Bakıda Rusiya-Azərbaycan universitetinin yaradılması haqqında razılığa gəliblər. Hansı ki, həmin universitetin yaradılmasında və görüləcək işlərin təşkilində mənim də iştirakım planlaşdırılır…

Gununsesi.info xəbər verir ki, bu sözləri hüquq elmləri doktoru, professor İlham Rəhimov Globalinfo.az-a müsahibəsində deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycanda rəsmi səfərdə olub.

Gununsesi.info