Kanada koronavirus peyvəndlərini məhv edir

Kanada, HCV-nin Omicron ştamına qarşı bütün COVID peyvəndi ehtiyatlarını məhv edib.

Gununsesi.info Ontario Səhiyyə Nazirliyinin spikerinin bəyanatına istinadən xəbər verir.

“Kanada Səhiyyəsi bütün əyalətlərə 1 sentyabr 2024-cü il tarixindən etibarən bütün mövcud XBB peyvəndi ehtiyatının tapılması və məhv edilməsi üçün təcrübə və prosesləri həyata keçirməyə istiqamətləndirdi” – deyə bildirilib.

Qeyd olunur ki, məhv edilənlərin müqabilində əyalətlər yaxın vaxtlarda hazırda ölkədə dövriyyədə olan COVID-19 ştammının yenilənmiş vaksinlərini alacaqlar: “Ontario və digər əyalətlərin oktyabr ayında Səhiyyə Kanadadan təchizat alması gözlənilir”.

Qeyd edilir ki, Omicron ştammı ilk dəfə 2021-ci ilin sonunda kəşf edilib. O vaxtdan bəri, bir neçə modifikasiya ilə hələ də dünyada dövriyyədədir.

 

 

Gununsesi.info