
Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçmiş prezident Mixeil Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” partiyasının ləğvini təklif edib.
Gununsesi.info bildirir ki, APA-nın xəbərinə görə, bu barədə o, “İmedi” telekanalına müsahibəsində danışıb.
“Adolf Hitlerin partiyası 1945-ci ildən sonra siyasi səhnədə qalsaydı, parlamentdə cəmi 15-20 faiz səs toplayacaqdı. Almanlar isə vaxtında bu siyasi təşkilatdan xilas oldular. Biz də “Vahid Milli Hərəkat” Partiyasını ləğv etməliyik”.
Kobaxidze qeyd edib ki, Saakaşvili hakimiyyətə qayıtsa, Gürcüstanın Avropa İttifaqına üzvlük perspektivi sıradan çıxacaq.
Gununsesi.info