Harris sərhəddi pis vəziyyəti gətirib

ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris sərhəddəki vəziyyəti ölkə və bütün dünya tarixində ən pis vəziyyətə gətirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Harrisin seçkilərdəki rəqibi Donald Tramp Pensilvaniyada seçicilərlə görüşündə məlumat verib: “O, xaricdə məsul idi. İndi biz təkcə ABŞ tarixində deyil, bütün dünyanın ən pis sərhədinə sahibik. Heç bir ölkə üç il ərzində 21 milyon insanın sərhədi keçməsinə icazə verməyib”.

Siyasətçi vurğulayıb ki, qeyri-qanuni miqrantların çoxu cinayətkar, terrorçu, narkotik alverçisi və ruhi xəstələrdir.

Tramp həmçinin miqrantların “indiyə qədərki ən böyük” deportasiyasını həyata keçirəcəyini vəd edib.

Bundan əvvəl Donald Tramp miqrantları qəbul etməkdən imtina edən ölkələrə yüksək tariflər tətbiq etməklə hədələyib: “Əgər miqrantları geri götürməsələr, biz həmin ölkələrlə ticarət aparmayacağıq və onlara yüksək tariflər tətbiq edəcəyik”.

 

 

Gununsesi.info