
Münhenin (Almaniya) mərkəzində İsrailin baş konsulluğu qarşısında atəş səsləri eşidilib, polis hazırda ərazidə genişmiqyaslı xüsusi əməliyyat keçirir.
Gununseis.info xəbər verir ki, Oxu.Az bu barədə “Focus-online” internet nəşrinə istinadən məlumat verib.
Bildirilir ki, hadisə yerində polis xüsusi təyinatlıları və snayperlər işləyirlər, helikopter cəlb edilib.
Yerli “Süddeutsche Zeitung” qəzetinin yazdığına görə, şahidlər atəş səslərinin və “Qaçın! Qaçın!” qışqırıqlarının eşidildiyini bildiriblər.
Qeyd edək ki, 5 sentyabr 1972-ci ildə Münhendə Yay Olimpiya Oyunları zamanı baş vermiş terror aktının ildönümüdür. O zaman fələstinli döyüşçülər olimpiya kəndinə soxularaq İsrail yığmasının iki üzvünü öldürmüş və doqquz üzvünü girov götürmüşdülər.
Gununsesi.info