
Haiti rəhbərliyi silahlı dəstələrlə mübarizə üçün bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib.
Gununsesi.info xəbər verir ki, müvafiq qətnamə Karib hövzəsi respublikasının rəsmi qəzeti olan Le Moniteurda dərc olunub.
Vəziyyətin ən azı bir ay qüvvədə olacağı qeyd edilir.
Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci ildə prezident Jovenel Moise sui-qəsddən və zəlzələdən sonra pisləşib.
Martın 1-də cinayətlə mübarizə üçün Haitiyə 1000 polis əməkdaşından ibarət Keniya sülhməramlı qüvvələrinin göndərilməsi haqqında saziş imzalanıb.
Son bir il ərzində cinayətkar dəstələrin paytaxtın böyük hissəsinə və digər ərazilərə nəzarət etdiyi Haitidə tüğyan edən banditizm 8000-ə yaxın insanın ölümünə səbəb olub.