
ABŞ prezidentliyinə namizəd Kamala Harrisin qərargahı respublikaçı Donald Trampın israr etdiyi debat qaydaları ilə razılaşıb. Söhbət namizədin çıxış növbəsi olmayanda mikrofonları söndürməkdən gedir.
Gununsesi.info xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Qeyd olunur ki, gələn həftə keçiriləcək debat Tramp və Harris arasında ilk müzakirə olacaq.
Anonim mənbələirn sözlərinə görə, Harris kampaniyası hələ də 10 sentyabr debatına ev sahibliyi edəcək ABC News-un namizədlərin cavab verə bilməsi üçün mikrofonlarını açmağa məcbur olacağı anlara ümid edir.
Həftə sonu Harris Trampı tədbir boyu mikrofonları ilə müzakirə aparmağa çağırıb.
“Qaynar mikrofonlar” həmişə ictimaiyyət üçün nəzərdə tutulmayan şərhləri tutmaqla siyasi namizədlərə ya kömək edə, ya da onlara zərər verə bilər. Səssiz mikrofonlar həm də rəqiblərin müdaxiləsinin qarşısını alır.
Demokratlardan vitse-prezidentliyə namizəd Tim Vals və Respublikaçı namizəd J.D.Vens də oktyabrın 1-də CBS News-da debat keçirməyə razılaşıblar.
Günay