
Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.
Gununsesi.info-nun məlumatına görə, SB13 kateqoriyasında yer alan idmançı 100 metr məsafəyə brass üsulu ilə çıxış edib.
O, ilk “8-liy”ə düşdüyündən həlledici raunda vəsiqə qazanıb. İsrafilov 1 dəqiqə 5.82 saniyə ilə 16 iştirakçı arasında üçüncü olub.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Gununsesi.info