
Şotlandiyanın baş naziri Həmzə Yusuf həyat yoldaşı Nadia Əl-Naklanın valideynlərinin Qəzzada köməksiz vəziyyətdə qaldığını bildirib. Yusif ailəsinin Qəzzanı tərk edə bilməyəcəyini və İngiltərə Xarici İşlər Nazirliyinin onların həyatlarına zəmanət verə bilməyəcəyini bildirib.
Gununsesi.info xəbər verir ki, Pakistan əsilli və müsəlman olan Şotlandiyanın baş naziri Həmzə Yusuf Şotlandiyanın Dandi şəhərində yaşayan qayınanası və qayınatasının hücumlardan bir müddət əvvəl qayınatasının xəstə anasını görmək üçün Qəzzaya getdiyini bildirib.
Yusuf Qəzzanı tərk edə bilməyəcəklərini və İngiltərə Xarici İşlər Nazirliyinin onların təhlükəsiz geri qayıtmalarına zəmanət verə bilməyəcəyini bildirib.
O, qeyd edib ki, o, həyat yoldaşı ilə çox narahat olub, valideynlərinin sağ qalmamasından ehtiyatlanıb.
Həmzə Yusuf BBC-yə verdiyi açıqlamada, “Son 48 və 72 saatda təəssüf ki, çox sayda günahsız insanın həyatını itirdiyini gördük. Günahsız bir israillinin həyatı mənim üçün günahsız bir Fələstinlinin həyatı ilə bərabərdir” deyib.
Səid Əhmədli
Gununsesi.info