
İsrailin Qəzza zolağına endirdiyi hava hücumunda 7-si eyni ailədən olan uşaq olmaqla 9 fələstinli həlak olub.
Gununsesi.info xəbər verir ki, tibbi mənbələrdən və hadisə şahidlərindən alınan məlumata görə, Qəzza zolağının cənubundakı Xan Yunus qəsəbəsinə İsrail hava hücumu nəticəsində fələstinli Əl-Beheti ailəsinin yaşadığı evə ziyan dəyib.
Hücum nəticəsində bir ailədən olan ana, ata və 7 uşaq olmaqla 9 nəfər həlak olub, onlarla insan yaralanıb.
Hava hücumundan sonra Əl-Beheti ailəsinin yaşadığı ev tamamilə dağılıb, yaxınlıqdakı tikililərə də ziyan dəyib.
İsrail qüvvələri bu hücumu heç bir xəbərdarlıq və ya məlumat olmadan həyata keçirib.
Səid Əhmədli
Gununsesi.info