HƏMAS-ın qurucularından biri öldürüldü – FOTO

HƏMAS-ın silahlı qanadı Qəssam briqadalarının 7 oktyabrda Əl-Əqsa Daşqın Əməliyyatı ilə başlayan İsrail-HƏMAS qarşıdurmaları davam edir.

Gununsesi.info xəbər verir ki, İsrailin dövlət televiziyası KAN telekanalı HƏMAS-ın qurucularından biri olan Əbdülfəttah Duxanın Qəzzaya endirilən hava zərbələri nəticəsində öldürüldüyünü iddia edib.

X sosial media platformasında açıqlamada qeyd olunur ki, “İsrail Müdafiə Qüvvələrinin (IDF) həyata keçirdiyi hücumlar zamanı Qəzzanın mərkəzindəki Nuseyrat məhəlləsində HƏMAS-ın qurucularından biri olan “Əbu Usamə” kimi tanınan Əbdülfəttah Duxanın öldürülüb”.

Səid Əhmədli
Gununsesi.info