
“Bəxtiyar Hacıyevin həbsinin sonuncu dəfə uzadılması barədə qərardan verdiyim apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin hakimi Elbəy Allahverdiyev 06.10.2023-cü il tarixdə baxıb qüvvədə saxlasa da hələ mən qərarı ala bilmirəm. Məhkəmədən deyirlər ki, qərar hələ hazır deyil”.
Bunu Gununsesi.info-ya açıqlamasında hazırda həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin vəkilin Elçin Sadıqov deyib.
Vəkilin sözlərinə görə, halbuki, qanunvericiliyə əsasən qərar üç gün ərzində hazır olmalı idi:
” Göründüyü kimi qanuna açıq şəkildə məhəl qoyulmur”
Afət
Gununsesi.info