
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) IV fövqəladə qurultayı bu gün Ankara İdman Salonunda keçiriləcək. “Türkiyə Yüzyılı” vurğusu ilə keçiriləcək qurultayda partiyanı yerli seçkilərə daşıyacaq adlar müəyyənləşəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli seçkilərlə bağlı da mesajlar verməsi gözlənilir.
Gununsesi.info xəbər verir ki, AK Partiyanın fövqəladə qurultayının hazırlıqları tamamlanıb. Türkiyənin hər yerindən yüz min insan Ankarada görüşəcək. Prezident Rəcəb Tayyib Ərdoğan konqresdə kürsüdən mesajlar verəcək.
Ankara İdman Salonunda keçiriləcək konqresdə 27 ölkədən 3 prezident, siyasi partiya təmsilçisi, 127 səfir və 150 qeyri-hökumət təşkilatının nümayəndəsi iştirak edəcək.
Qurultaya 10 siyasi partiya da dəvət olunub.
Qurultayda ‘Türkiyə Yüzyılı” vurğusu ön plana çıxır. Salon “Türkiyə Yüzili üçün daima yeni, daima irəli, Cümhuriyyətin şanı, Türkiyənin ortağı” şüarları ilə təchiz edilib.
Qurultayda AK Partiya Mərkəzi İdarə Heyətinin yeni üzvləri müəyyənləşəcək.
AK Partiyanın yerli seçki hazırlıqları da qurultayla başlayacaq.
Qurultayda azərbaycanlı müğənni Azərin konsert proqramı ilə çıxış edəcək. Azərin AK Partiya İstanbul millət vəkili sənətçi Yücel Arzenlə də duet oxuyacaq.
Səid Əhmədli
Gununsesi.info