Putindən Azərbaycan və Ermənistana sülh sazişi TƏKLİFİ: Danışıqların bu şəhərdə aparılmasını istədi

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına yardım etməyə hazır olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki,  Putin sülh danışıqlarının Moskvada aparılmasını təklif edib.

Qeyd edək ki, Azərbaycan ordusu konstitusiya quruluşunun bərpası məqsədilə sentyabrın 19-da Qarabağda lokal antiterror əməliyyatına başlayıb.

Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri təxminən 24 saat davam edən əməliyyatdan sonra silahlarını yerə qoyub.

Bölgədə işğalçı rejim quran qondarma erməni administrasiyası özünü buraxdığını açıqlayıb.

Azərbaycan rəsmiləri dövlətin erməni əhalisini ölkəyə inteqrasiya etmək məqsədi daşıdığını və arzu edənlərin vətəndaşlığı qəbul etməklə Azərbaycan cəmiyyətinin bir hissəsinə çevrilə biləcəyini bəyan ediblər.

Səid Əhmədli
Gununsesi.info