Tehran İnqilab Məhkəməsinin 23-cü bölməsi yanvar etirazları zamanı həbs edilən Bərzur Rzayini edama məhkum edib.
Gununsesi.info xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Hazırda Evin həbsxanasında saxlanılan məhbusun ittihamları barədə açıqlama verilməyib.
Bununla yanaşı Ərak şəhərinin həbsxanasında saxlanılan Arman Almasi barəsində də plüm hökmü çıxarılıb.
O, yanvar etirazları zamanı Mərkəz əyalətinin Məhəllat şəhərində polis avtomobilini yandırmaqda günahlandırılıb.












