Kapital Bankın komissiya qaydası narazılıq yaratdı

Vətəndaş Kapital Bankın komissiya tutulması qaydasından narazıdır

Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkədə bildirib.

Vətəndaş Kapital Bankın apardığı bəzi əməliyyatlar zamanı komissiya tutulması qaydasından narazılığını bildirib.

Onun sözlərinə görə, əməliyyat zamanı ekranda və ya məlumat bölməsində “Komissiya yoxdur” yazılsa da, əməliyyat başa çatdıqdan sonra hesabdan komissiya tutulması mümkündür.

Vətəndaş bildirir ki, banka müraciət etdikdə ona bunun tez-tez dəyişən tariflərlə bağlı olduğu və ətraflı məlumatı bankın internet səhifəsindən əldə edə biləcəyi deyilib.

Şikayətçinin fikrincə, bu halda müştəri hər bir əməliyyatdan əvvəl bankın internet səhifəsinə daxil olaraq mövcud tarifləri ayrıca yoxlamalıdır:

“Əməliyyat zamanı ‘Komissiya yoxdur’ yazılırsa, müştəri də buna əsaslanaraq əməliyyatı həyata keçirir. Sonradan komissiya tutulması isə anlaşılmaz vəziyyət yaradır. Tariflərin dəyişməsi müştərinin üzərinə hər dəfə internet səhifəsinə daxil olub araşdırma aparmaq məsuliyyəti qoymamalıdır”.

O əlavə edib ki, əməliyyat zamanı müştəriyə tətbiq olunacaq komissiya əvvəlcədən və aydın şəkildə göstərilməlidir.

 

 

Günay

Gununsesi.info