“Rusiyalıların ölkəyə girişi qadağan edilsin”

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili Rusiya ilə sərhədin bağlanmasını və Rusiya vətəndaşlarının ölkəyə girişinin qadağan edilməsini təklif edib.

Gununsesi.info xəbər verir ki, Saakaşvili bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, bu addımın vəba xəstəliyinin ölkədə yayılmasının qarşısını almaq məqsədi daşımalı olduğunu bildirib.

Sabiq prezident xəstəliyin xüsusilə təhlükəli formasının hava-damcı yolu ilə yayıldığını iddia edib.

Saakaşvili həmçinin hakimiyyəti iqtisadi maraqları deyil, əhalinin təhlükəsizliyini nəzərə almağa çağırıb.

 

 

Banu

Gununsesi.info