İstanbulda məktəbdə bıçaqlı hücum - 8 şagird yaralandı

  • Müəllif: Firuzə
  • 06 Oktyabr 2026 13:35

İstabulda məktəbdə bıçaqlı hücum baş verib.

Gununsesi.info  “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Başakşehirdə qeydə alınıb.

15 yaşlı şagird bıçaqla 8 məktəblini yaralayıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Hadisəni törədən məktəbli isə saxlanılıb.