Naftalanda Özbəkistan vətəndaşının meyiti tapıldı

  • Müəllif: Firuzə
  • 06 Oktyabr 2026 13:20
Naftalanda 69 yaşlı kişinin meyiti aşkarlanıb.

Gununsesi.info  “Unikal”a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən sanatoriyalardan birində qeydə alınıb. Məlum olub ki, meyiti tapılan şəxs Özbəkistan Respublikasının vətəndaşı, 1957-ci il təvəllüdlü Z.Mahmudoviçdir.

İlkin məlumata görə, Özbəkistandan Naftalana istirahətə gələn şəxs ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info