Hidayət Heydərov DÇ-də uduzdu - YENİLƏNİB

  • Müəllif: Firuzə
  • 06 Oktyabr 2026 13:47

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. 

Gununsesi.info xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq.

Qadınlar -57 kq

1/32 final Xədicə Qədəşova – Janar Joldosyeva.

Kişilər -73 kq

1/32 final Hidayət Heydərov – Akil Qyakova;

1/16 final Rəşid Məmmədəliyev – Adil Osmanov / Castin Lemir cütünün qalibi ilə.

Təsnifat mərhələsi – 10:30.

Final bloku – 18:00.

Canlı yayım: CBC Sport, Judo TV.

***

73 kq çəki dərəcəsində 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov da ilk görüşünü keçirib. O, 1/32 finalda Akil Qyakova (Kosovo) ilə qarşılaşıb və qələbə qazanıb. O, 1/8 finalda Finlandiya təmsilçisi Olin Valtteri ilə ilə üz-üzə gələcək.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.

Gununsesi.info xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda Kosovodan olan Akil Qyakova ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən H.Heydərov növbəti mərhələyə vəsiqə qazanıb. Olimpiya çempionu 1/16 finalda finlandiyalı Valtteri Olinlə görüşəcək.

Bu gün Xədicə Qədəşova (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaqlar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Gununsesi.info