Hüquqşünas: “Bir çox hallarda məhkəməyə vəkilsiz müraciət etmək mümkündür”

  • Müəllif: Orxan
  • 06 Oktyabr 2026 14:30

Vətəndaşlar arasında geniş yayılan suallardan biri də məhkəməyə müraciət zamanı vəkil tutmağın məcburi olub-olmamasıdır.

Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayev bildirib ki, Azərbaycan qanunvericiliyinə görə bir sıra mülki və inzibati mübahisələr üzrə şəxslər məhkəməyə özləri müraciət edə və hüquqlarını şəxsən müdafiə edə bilərlər.

Onun sözlərinə görə, bu o demək deyil ki, bütün məhkəmə proseslərində vəkilə ehtiyac yoxdur. Bəzi işlərdə qanun vəkil iştirakını məcburi hesab edir, bəzi mürəkkəb mübahisələrdə isə peşəkar hüquqi yardım şəxsin hüquqlarının daha səmərəli müdafiəsinə kömək edə bilər.

Şamil Paşayev qeyd edib ki, məhkəməyə iddia ərizəsinin düzgün hazırlanması, sübutların təqdim edilməsi və prosessual qaydalara əməl olunması işin nəticəsinə birbaşa təsir göstərən amillərdəndir.

Bu səbəbdən vəkil tutmaq hər zaman məcburi olmasa da, bir çox hallarda məqsədəuyğun hesab olunur.

Orxan

Gununsesi.info