Paşinyan: Azərbaycan hərbçisi hələlik Ermənistanda qalacaq

  • Müəllif: Firuzə
  • 06 Oktyabr 2026 21:16

Sərhədi keçdikdən sonra saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev hələlik Ermənistanda qalacaq.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O, hərbçiyə qarşı cinayət işinin davam etdiyini və onun həbsdə olduğunu deyib.

Mümkün mübadilə barədə danışan Paşinyan konkret cavab verməyib və qeyd edib ki, gələcəkdə Ermənistan hərbçisi sərhədi keçərsə, belə bir variant problem yarada bilər.

Gununsesi.info