Türkiyədə bir neçə şəhərdə zəlzələlər oldu

  • By arzu
  • 05 Avqust 2023 17:33

Türkiyədə bir neçə şəhərdə zəlzələlər olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə AFAD (Afet ve Acil Durum ) İdarəetmə Direktorluğu açıqlama yayıb.

Zəlzələlər Hatay, Maraş, Kırşehir, Çanakkale, Malatya, Adıyaman, Ərzurum və Adanada yaşanıb. Hazırda tektonik yeraltı xətlərin hərəkətliliyi davam edir.

Mərkəzi Maraş şəhəri olan zəlzələdən sonra kiçik və orta böyüklükdə yeraltı silkələnmələr olub.

Zəlzələlər ayrı-ayrı şəhərlər üzrə 2 – 2,7 bal gücü arasında olub.

Zəlzələnin baş verməsini Kandilli Rəsədxanası təsdiq edib.

 

Tərcümə: Arzu 

Gununsesi.info