
Xəbər verildiyi kimi avqustun 4-də Rusiyanın “Oleneqorski qornyak” adlı hərbi gəmisi Novorossiysk limanında hücuma məruz qalıb və ciddi şəkildə zədələnib.
Gununsesi.info xəbər verir ki, Böyük Britaniya Müdafiə nazirliyi bununla bağlı xüsusi məlumat hazırlayıb.
Nazlirk həmin gəminin Krım körpüsünün vurulmasından sonra Rusiyadan işğal olunmuş Krıma tez-tez hərbi və mülki yük daşıdığını xatırladıb. Bu səbəbdən gəminin zədələnməsi Rusiyanın Qara dəniz daşımalarına ağır zərbə endirib.
3600 ton ağırlığında və 113 metr uzunluğunda “Olenegorsky qornyak”, 13 aprel 2022-ci il tarixdə “Moskva” kreyserinin batırılmasından sonra ciddi zədələnmiş və ya məhv edilmiş ən böyük Rusiya hərbi gəmisi sayılır.
“Oleneqorski Qornyak” 1976-cı ildə Polşanın Qdansk şəhərində inşa edilmiş Rusiyanın böyük desant gəmisidir. Həmin gəmi 121-ci desan gəmiləribriqadasının tərkibinə Şimal Donanmasında yerləşir. 2007-ci ildə o, Rusiya Federasiyasının Şimal Donanmasının ən yaxşı eniş desanı hesab edilib.