
Moskvanın Vnukovo aeroportuna təyyarələrin qəbulu və uçuşlarına qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb
Yerli vaxtla saat 11.55-dən aeroport işçi rejimdə çalışır.
14:24
Bu gün yerli vaxtla saat 10:26 radələrindən Moskvanın Vnukovo aeroportuna təyyarələrin qəbulu və uçuşlar müvəqqəti dayandırılıb.
Bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, aeroportdan asılı olmayan səbəbdən təyyarələrin qəbulu və uçuşlar müvəqqəti dayandırılıb. Təhlükəsizliklə bağlı olaraq reyslər Moskvanın digər aeroportlarına yönəldilib.
Yerli vaxtla saat 11.55-də müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb, hava limanına təyyarələrin enişi və uçuşu bərpa olunub.