Hərbçinin ölümünə görə komandir həbs edilib -ÖZƏL

Bir neçə gün əvvəl  Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı hərbi hissəsində xidmət edən Kənan Bəkiyev odlu silahdan atəş açaraq intihar etməsi faktı üzrə həbs edilən var.

Gununsesi.info-nun xəbərinə görə, Hərbi Prokurorluqda aparılan cinayət işinin istintaqı çərçivəsində Kənan Bəkiyevin komandiri olmuş Tofiq Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hərbçimizin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb. İstintaq nəticəsində Tofiq Məmmədovun digər əsgərləri də döyməsi faktı aşkarlanıb.

 

Şəbnəm

Gununsesi.info