“Bilirik ki, bu, uzun çəkəcək”: - Deputat

“DTX Misirdə fəaliyyət göstərmiş Ramiz Vəliyevi ifşa edib. Biz bilirik ki, bu, uzun çəkəcək”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

“Bundan əvvəl də dəfələrlə bəzi diplomatlarımız Azərbaycanın əleyhinə fəaliyyət göstəriblər və ifşa olunublar. Onlardan bəziləri hələ də Avropanın məkanında oturub, Azərbaycana qarşı qarayaxma ilə məşğuldurlar”, – deyə deputat əlavə edib.

Xatırladaq ki, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində məsul vəzifələrdə çalışmış Ramiz Vəliyev dövlətə qarşı təxribat xarakterli kampaniyaların araşdırılması ilə bağlı davam edən cinayət işi üzrə həbs edilib.

Gununsesi.info