
Kriminalistlər Rusiyanın Tver vilayətində “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin də içərisində olduğu təyyarənin qəzaya uğradığı yerdə araşdırmaları davam etdirirlər.
Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, həlak olan 10 nəfərin cəsədi Tverdə ekspertiza üçün morqa aparılıb.
Bununla bağlı Rusiyanın teleqram kanallarında videogörüntülər yayılıb.
Xatırladaq ki, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) qəzada həlak olan şəxslərin siyahısını açıqlayıb. Belə ki, təyyarədə sərnişinlər Yevgeni Priqojin, Dmitri Utkin, Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Tomin, Valeri Çkalov, Nikolay Matuseyev, ekipaj üzvləri isə pilot Aleksey Levşin, ikinci pilot Rüstəm Kərimov və stüardessa Kristina Raspopova olublar.