
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadaları Qətərin sülh səylərinə cavab olaraq iki amerikalı girovların (ana və qızı) humanitar əsaslarla azad edildiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Qassam briqadalarının sözçüsü Əbu Ubaida Telegram sosial şəbəkəsində verdiyi açıqlamada Qətərin səylərinə cavab olaraq ABŞ-da olan ana və qızını azad etdiklərini bildirib.
“Bu, Birləşmiş Ştatlara və bütün dünyaya ABŞ prezidenti Co Bayden və onun faşist administrasiyasının bəyanatlarının əsassız olduğunu göstərmək üçün edilir”, – Əbu Ubaida bildirib.
Qassam briqadalarının sözçüsü əvvəlki açıqlamasında 200 ilə 250 arasında girov saxladıqlarını vurğulamışdı.